Həbib Konorla döyüşə görə 2 milyon dollar qazanıb

3.11.2023 15:58 232
İdman
İnternetdə yüngül çəkidə sabiq çempion Həbib Nurməhəmmədovun (29-0) UFC ilə müqaviləsinin təfərrüatı yayılıb.

Belə aydın olur ki, “Dağıstan qartalı” 2013-cü ildə yuxarıda adı çəkilən qurumla 4 döyüş üçün müqavilə bağlayıb. O, müqavilə çərçivəsində qələbəyə görə bonuslar da nəzərə alınmaqla hər döyüş üçün 40-60 min dollar qazanıb. Həbib 2017-ci ildə artıq yeni müqavilə bağlayıb. Həmin il Edson Barboza ilə döyüşə görə 160 min, qələbəyə görə isə bonus kimi 80 min dollar qazanıb.

Nəhayət, 2018-ci ildə iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqorla (22-6) döyüş dağıstanlıya 2 milyon dollar qazandırıb.

Həbib 2020-ci il oktyabrın 24-də - UFC 254 turnirində Castin Qeycini (25-4) məğlub edəndən sonra karyerasını bitirib. O, yüngül çəkidə UFC titulunu yalnız bundan sonra əldən verib.