• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaxşı klub və komanda olan “Araz-Naxçıvan”...

Ölkə futbolu / Manşet

3-11-2023, 14:0

Premyer-liqada “Araz-Naxçıvan” nağılı və ya fırtınası (kim necə istəyirsə, elə də qəbul etsin) davam edir.

Muxtar Respublika təmsilçisi 11-ci turda “Qarabağ”ı da məğlub etməyi bacardı – 2:1. Azər Bağırovun rəhbərlik etdiyi komandanın hansı çətinliklər fonunda qurulduğunu hamı yaxşı bilir. Təbii ki, burda əsas çətinlik məhz mütəxəssisin üstünə düşdü. Azər bəy özünə lazım olan futbolçularla danışıb, hər şeyin yaxşı olacağını inandırdı. Bu, böyük risk və məsuliyyət idi. Çünki klubu kimin maliyyələşdirəcəyi, harda məskunlaşacağı bəlli deyildi. Bilirik ki, “Araz-Naxçıvan” 1-ci divizionda çıxış edən zaman özünü yaxşı tərəfdən göstərən futbolçular var idi. Orxan Əliyev, Vadim Abdullayev, Bayraməli Qurbanov kimi oyunçuları başqa klublar istəyirdi. Amma Azər Bağırov onları qoruya bildi. Bir sözlə, baş məşqçi bu komandanın indiki duruma gətirmək yolunda çox əziyyət çəkdi. İndi də bunun mükafatını alır.

Ümumiyyətlə, klubun adından söz etdirməsində başqa məqamlar da var. Buna xüsusi diqqət yetirmək lazımdı. İyulda klub rəhbərliyi dəyişdi. Ramin Axundov İdarə Heyətinin sədri və klubun prezidenti seçildi. Bundan sonra naxçıvanlılar futbol sahəsində gün işığına çıxdı. Təbii ki, burda əsas söz sahibi Ramin bəyin qardaşı Zaur Axundovdu. Futzal Federasiyasının prezidenti, “Keşlə”yə rəhbərlik etmiş şəxs təcrübəsini doğması ilə bölüşür. Hətta Zaur bəy illərdi futbolun içində olan Eldəniz Yusubovu qardaşına kömək üçün göndərdi. Skautluq bacarığı ilə də seçilən icraçı direktor komandaya əcnəbi futbolçuların seçimində böyük kömək oldu. Kuzmanoviç, Rodriges, Kurdiç, Vanderson, Ribeyro, Maşike, Avram, Azzaui kimi oyunçular hazırda premyer-liqaya rəng qatır.

Klubun maliyyə durumu da yetərincə yaxşıdı. Hazırda “Araz-Naxçıvan”ın sponsoru “Səmayə” şirkətidi. Əldə etdiyimiz məlumata görə, dövlətin ayırdığı 3 milyon manatdan əlavə, rəhbərlik daha 2 milyon xərcləməyə boyun olub. Bu pulu əsas və digər sponsorlar komanda üçün ayıracaq. Klub üçün əlavə dəstək fondu da formalaşıb. Bəzi naxçıvanlı biznesmenlər Axundovlar ailəsinin gördüyü işi təqdir edir. Məhz bu səbəbdən də fərqli-fərqli oyunlarda “Araz-Naxçıvan”ı dəstəkləməyə stadiona təşrif buyururlar. Hətta bəzi şirkət rəhbərləri qələbələrdən sonra komandaya maddi dəstək verirlər. Bu da oyunçulara yaxşı mükafatların verilməsini şərtləndirir. Təbii ki, yaxşı pul olan yerdə normal futbol sərgiləyən oyunçular da olacaq. Məhz bu məqam da “qırmızı-ağlar”ın uğur qazanmasında əsas rol oynayır.

Bir sözlə, “Araz-Naxçıvan” həm komanda, həm də klub kimi formalaşmaqdadı. Təkcə qalır Muxtar Respublikanın stadion probleminin həll olunması. Bu məsələ isə o qədər də asan başa gəlməyəcək. Yayılan informasiyalara inansaq, dövlət Naxçıvanda yeni arena tikintisində maraqlıdı. Lakin hazırkı stadionun da təmir olunması mümkündü. Hər halda, komandanın 2023/24 mövsümündə Muxtar Respublikada oyun sərgiləyəcəyi inandırıcı deyil.

Kim bilir, bu çatışmazlıq da ortadan qalxandan sonra bəlkə “Araz-Naxçıvan” çempionluq mübarizəsinə də qoşula. Bunu isə zaman göstərəcək...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

Ölkə futbolu

17-07-2023, 15:0

"Araz-Naxçıvan" baş məşqçisi ilə müqaviləni uzatdı

1-ci liqa

23-07-2022, 09:0

"Araz-Naxçıvan"dan transfer şousu

Manşet / Yazarlar

9-10-2023, 15:0

“Araz-Naxçıvan” Azərbaycan futbolundakı mifləri dağıtdı - TƏHLİL

Premyer-liqa / Manşet

11-10-2023, 18:0

“Hazırda "Araz-Naxçıvan"la çalışmasam da, azarkeş kimi onun yanındayam”

1-ci liqa / Manşet

8-09-2022, 18:0

“Araz Naxçıvan”ın darmadağın etdiyi komandaların baş məşqçiləri səbəb göstərdi - AÇIQLAMALAR

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 195
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə