Neapoldakı “Dieqo Armando Maradona” stadionunun yeraltı dayanacağında kişi meyiti tapılıb.
"Football-plus.az" xəbər verir ki, meyit İtaliya çempionatının bazar günü keçirilən “Napoli” – “Milan” matçından (2:2) sonra aşkar edilib.
“Corriere dello Sport” qəzetinin məlumatına görə, cəsəd gecə saat 2-dən sonra stadionun qonaq azarkeşləri üçün nəzərdə tutulan sektorunun altındakı otaqda tapılıb. Polisin yaydığı məlumatda iki nəfərin tunel vasitəsilə tribunalara daxil olmağa çalışdığı, 42 yaşlı kişinin təxminən 20 metr hündürlükdən yerə yıxıldığı bildirilib.