Fələstinə dəstək verdiyi üçün ağır cəza aldı

30.10.2023 13:51 272
Dünya futbolu
Yusef Atal dilinin bəlasına düşüb.

"Football-plus.az" Fransa Peşəkar Futbol Liqasının (FPFL) müvafiq orqanı onu ağır cəzaya layiq bilib.

Nizam-İntizam Komitəsi “Nitsa”nın müdafiəçisini 7 oyunluq cəzalandırıb.

Buna səbəb əlcəzairli futbolçunun sosial şəbəkə hesabında Fələstinə dəstək verməsi olub. 27 yaşlı Yusef daha sonra paylaşımını silmiş və üzr istəmişdi. Buna baxmayaraq, FPFL onu siyasi şüar səsləndirməkdə günahlandırıb. Atalın diskvalifikasiyası oktyabrın 31-dən qüvvəyə minəcək.

Yusef “Nitsa”da 2018-ci ildən çıxış edir. O, bu mövsüm Liqa 1-də 6 oyun keçirib və 1 qol vurub.