• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” və “Leyptsiq” statusunu bir daha doğrultdu

Çempionlar Liqası

29-10-2023, 18:0

G qrupu
Yanq Boyz - Mançester Siti 1:3 (0:0)
Yanq Boyz (Bern, İsveçrə): Raçoppi, Blum (Yanko, 80), Kamara, Benito, U.Qarsiya (Persson, 80), Uqriniç, Nyass, Lauper (Mal, 80), Monteyro (Qanvula, 72), İtten (Nsame, 73), Elia.
Mançester Siti (İngiltərə): Ederson, Akanci, Diaş, Ake, Lüis, Rodri (Fillips, 90), Dokyu (Silva, 72), Nunyeş (Alvares, 72), Kovaçiç, Qriliş, Holann (S.Qomes, 90).
Qollar: Akanci, 48 (0:1). Elia, 52 (1:1). Holann, 67-p. (1:2). Holann, 86 (1:3).
Vərəqələr: Monteyro, 3. Kamara, 64 - sarı.
Hakim: Morten Kroq (Danimarka).
25 oktyabr. Bern. 31500 tamaşaçı.

oyunun statistikası
9 (4) qapıya (“çərçivə”yə) zərbə 26 (13)
4 künc zərbəsi 5
4 ofsayd 0
10 qayda pozuntusu 7
2 (0) sarı (qırmızı) vərəqə 0 (0)
33 topa sahibolma (faizlə) 67

“Mançester Siti”nin bu qrupda elə bir çətinlik çəkmədən lider olacağı gözlənilirdi. Turnirin son qalibi ardıcıl 3-cü qələbəsini qazanmaqla proqnozları doğrultdu. Maraqlıdı ki, Xosep Qvardiolanın komandası bu dəfə də rəqibini 3:1 hesabıyla məğlub etdi.

ÇL-in pley-offuna çıxmaq şansı aşağı dəyərləndirilən “Yanq Boyz” ilk hissədə meydan amilindən də yararlanaraq güclü rəqibi ilə az-çox rəqabət aparmağa çalışdı. İsveçrə çempionu aqressiv oyunu ilə yadda qaldı. Amma qonaqların hücumları daha təhlükəli alınırdı. Sadəcə olaraq, hesabın fasiləyə qədər açılmaması bəxtin ev sahiblərinin üzünə gülməsinə görə oldu. Daha dəqiq desək, Raçoppi qapıda xarüqələr yaratdı. O, Dokyunun iki, Rodrinin bir zərbəsinin qarşısını aldı, epizodlardan birində isə “Yanq Boyz”u real qoldan topu qapı xətti üzərindən kənarlaşdıran Benito xilas etdi.

Ancaq ikinci hissə yenicə başlamışdı ki, Raçoppi topu qapısında gördü: o, Diaşın zərbəsini dəf etsə də, Akanci topu tora saldı. Doğrudu, 4 dəqiqə sonra Elia cavab qolunu vurdu. Amma hesabın tez bərabərləşməsi “Siti”nin oyunçularını əsla həvəsdən salmadı. 15 dəqiqə sonra Kamara cərimə meydançasında Rodrinin ayağını tapdalamaqla penaltiyə səbəbkar oldu və Holann belə şansı qaçırmadı. Norveçli hücumçu sona yaxın topu qapının “doqquzluğ”una göndərərək komandasının qələbəsinə şübhə yeri qoymadı.

Leyptsiq - Srvena Zvezda 3:1 (1:0)
Leyptsiq (Almaniya): Blasvix, Simakan, Henrixs (Klostermann, 53), Lukeba, Raum, Kampl, Şlaqer, Forsberq (Baumqartner, 58), Simons (Olmo, 75), Poulsen (Verner, 82), Openda (Şeşko, 82).
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Miyailoviç, Ciqa, Draqoviç, Rodiç (Nedelkoviç, 65), Stameniç (Katay, 81), Hvan İn Bom, İvaniç, Mitroviç (Luçiç, 65), Olayinka (Bukari, 46), Ndiay (Miyatoviç, 65).
Qollar: Raum, 12 (1:0). Simons, 59 (2:0). Stameniç, 70 (2:1). Olmo, 84 (3:1).
Vərəqələr: Henrixs, 28. Stameniç, 34. Rodiç, 45+2. Hvan İn Bom, 46. Ciqa, 71 - sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
25 oktyabr. Leyptsiq. 42209 tamaşaçı.

oyunun statistikası
27 (10) qapıya (“çərçivə”yə) zərbə 16 (3)
9 künc zərbəsi 4
1 ofsayd 1
7 qayda pozuntusu 16
1 (0) sarı (qırmızı) vərəqə 4 (0)
64 topa sahibolma (faizlə) 36

Qrup mərhələsinə MS-yə qarşı səfər oyunu ilə başlayan “Srvena Zvezda” 1:3 hesabıyla uduzsa da, ümumilikdə yaxşı komanda təsiri bağışlamışdı. Barak Baharın komandası “Yanq Boyz” ilə 2:2 hesablı heç-heçədən sonra Leyptsiqdə növbəti sınağını verdi. Amma Almaniyadakı matç erli komandanın inamlı qələbəsi ilə nəticələndi.

Marko Rozenin çalışdırdığı “Leyptsiq” Serbiyanın son çempionu ilə görüşdə çox yaxşı təsir bağışladı. Matçın qəhrəmanı isə Simons oldu. O, 12-ci dəqiqədə Raumun hesabı açmasına şərait yaratdı, fasilədən sonra isə özü qapıya yol tapdı. 70-ci dəqiqədə Stameniçin fərqi azaltması leyptsiqlilərin üstünlüyünə elə bir xələl gətirmədi. Ev sahibləri sakitcə hücumlarını davam etdirməklə 3-cü qolu vurdular. Bu qələbə Rozenin komandasının 2-ci yerdə möhkəmlənməsinə şərait yaratdı. “Srvena Zvezda” pley-offa çıxmaq şansını saxlamaq üçün iki həftə sonra “Leyptsiq”i Belqradda mütləq məğlub etməlidi. Əks halda serblərin “Yanq Boyz” ilə mübarizədə 3-cü yerə iddia etməkdən başqa hədəfi qalmayacaq.

1. Mançester Siti 3 3 0 0 9-3 9
2. Leyptsiq 3 2 0 1 7-5 6
3. Yanq Boyz 3 0 1 2 4-8 1
4. Srvena Zvezda 3 0 1 2 4-8 1
7 noyabr: Mançester Siti - Yanq Boyz, Srvena Zvezda - Leyptsiq.

Faktlar
* MS-nin ÇL-də məğlubiyyətsiz seriyası 15 oyuna çatdı. İngiltərə çempionu bu turnirdə sonuncu dəfə 2022-ci mayın 4-də “Real”a uduzub.
* Holann dubl etməklə komandasının 3:1 hesablı qələbəsində böyük rol oynadı. O, meydana çıxdığı son 100 oyunda 115 məhsuldar hərəkətlə yadda qalıb. “Mançester Siti”nin hücumçusu bu matçlarda 96 qolun və 19 məhsuldar ötürmənin müəllifi olub.

Oyundan sonra
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Xüsusi oyun idi. Sərgilədiyimiz oyun isə çox yaxşı idi. İlk hissədə işimiz bir qədər çətin oldu. Süni örtüklü meydanda oynamaq çətindi, top belə zəmində özünü qeyri-adi aparır. Buna baxmayaraq, çətinliyə sinə gərib qələbə qazandıq. Fiziki hazırlığı yüksək səviyyədə olan rəqib bundan maksimum istifadə etdi. “Yanq Boyz”un oyunçuları başabaş mübarizələrdə yetərincə aqressiv təsir bağışladılar. İkinci hissədə Nunyeş qələbə qazanmaqda komandamıza kömək etdi. Ümumilikdə bütün oyunçularımız yaxşı təsir bağışladılar. Holanna qol vurmaq üçün məqam tapmaq kifayət edir. Çoxları onun qapı qarşısında uğursuz olmasını arzulayır. Bunu istəyənlər üçün təəssüf etməliyəm, bu oğlan həyatı boyunca qol vuracaq. Yaxaladığı şanslara görə onun inanılmaz dərəcədə təhlükəli olduğunu da deməliyəm. Oyunçular ötürmə vermək üçün imkan axtarışı bacarığına malik olmalıdılar. De Bruyne ilə Gündoğan belə bacarığa malik futbolçulardı. Amma Holann hər necə olsa karyerasının sonuna qədər qapıya yol tapacaq. Lüisə gəlincə, o, matça cinah müdafiəçisi kimi başladı və sonra mərkəzə doğru yerini dəyişdi. O, çox ağıllı oyunçudu. Rodri ilə birgə çox yaxşı təsir bağışladı. İkinci hissədə Dokyu, Qriliş və Bernardo Silva da əla oyun sərgilədilər. Pley-offa çıxmaq üçün daha bir qələbə qazanmalıyıq. Buna nail olandan sonra isə qrupda 1-ci yeri tutmağa çalışmalıyıq”.

Marko Roze, “Leyptsiq”in baş məşqçisi: “Poulsen xarakteri olan əla oğlandı. Meydanda daim hərəkətdə olur və məsuliyyəti üzərinə götürür. Onun tezliklə qolları sıralamağa başlayacağına ümid edirəm. Ona görə ki, oyun planında işləri ümumilikdə yaxşı gedir. Yussufun paltardəyişmə otağındakı fəaliyyəti də komandaya fayda verir. Bir qədər də uzağa getsəm, Poulsenin nümunəvi şagird olduğunu deyə bilərəm”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-10-2023, 19:0

“Mançester Siti” bu dəfə Leyptsiqi fəth etdi - TƏHLİL

Çempionlar Liqası

21-09-2023, 21:0

MS-dən yeni rekord - REPORTAJ

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Dünya futbolu

9-06-2023, 17:0

Holann dünyada ən dəyərli futbolçudu

Dünya futbolu

26-10-2023, 19:0

100 oyuna 115 məhsuldar hərəkət!

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə