• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS-dən yeni rekord - REPORTAJ

Çempionlar Liqası

21-09-2023, 21:0

G qrupu
Yanq Boyz – Leyptsiq 1:3 (1:1)
Yanq Boyz (Bern, İsveçrə): Raçoppi, Yanko (Blum, 69), Kamara, Amenda, U.Qarsiya (Persson, 77), Benito, Nyass (Nsame, 85), Lauper (Mal, 77), Uqriniç, İtten (Qanvula, 70), Elia.
Leyptsiq (Almaniya): Blasvix, Henrixs, Simakan, Lukeba, Raum, Simons (Verner, 88), Kampl, Şlaqer, Forsberq (Baumqartner, 80), Openda (Lents, 88), Poulsen (Şeşko, 64).
Qollar: Simakan, 3 (0:1). Elia, 33 (1:1). Şlaqer, 73 (1:2). Şeşko, 90+2 (1:3).
Vərəqələr: Benito, 45. Kampl, 56. Lauper, 61. Simons, 68. Blum, 77. Forsberq, 79. Simakan, 90 - sarı.
Hakim: Enea Yorqi (Albaniya).
19 sentyabr. Bern. 31500 tamaşaçı.
oyunun statistikası
7 (3) qapıya (“çərçivə”yə) zərbə 21 (8)
3 künc zərbəsi 7
3 ofsayd 3
12 qayda pozuntusu 11
3 (0) sarı (qırmızı) vərəqə 4 (0)
53 topa sahibolma (faizlə) 47

Çempionlar Liqasında qrup mərhələsinə Milanda və Berndə keçirilən ilk iki oyunla start verildi. İsveçrədə keçirilən matçın start fiti yenicə səslənmişdi ki, yerli azarkeşlər məyusluq yaşadılar. Oyuna fəal başlayan “Leyptsiq” artıq 3-cü dəqiqədə hesabı açdı. Bunda “Yanq Boyz”un qapıçısı Raçoppinin səhvə yol verməsinin də təsiri oldu. Amma Raumun ifasında yerinə yetirilən künc zərbəsindən sonra Simakanın topa dəqiq zərbə endirməsi qonaqların bu kombinasiyanı əvvəlcədən hazırladıqlarını aydın göstərirdi. Almaniya komandası hesabı açandan sonra da maraqlı oyun sərgiləməyə davam etdi, lakin fasiləyə qədər qapıya ikinci dəfə yol tapa bilmədi. Hissənin ortalarında təşəbbüs ev sahiblərinin əlinə keçdi. Oyunu bərabərləşdirən bernlilər yarım satlıq mübarizə arxada qalandan sonra cavab qolunu vurdular: əla kombinasiya Elianın dəqiq zərbəsi ilə sona çatdırıldı.

“Leyptsiq” 2-ci hissəyə də fəal başladı. Qonaqlar bir neçə dəfə hesabda yenidən önə keçə bilərdilər. Ancaq şanslar boşa verildi. Marko Rozenin komandası istəyinə yalnız matçın son 20 dəqiqəsində çatdı. İsveçrəlilərin orta xətdə yol verdikləri səhvdən sonra Şlaqer komandasının layiq olduğu qolu vurdu. Bundan sonra böyük qüvvə ilə irəli atılan meydan sahibləri əks-hücumda yaxalandılar. Şeşkonun qolu “Leyptsiq”in gözlənilən qələbəsinə şübhə yeri qoymadı.

Mançester Siti – Srvena Zvezda 3:1 (0:1)
Mançester Siti (İngiltərə): Ederson, Uoker, Diaş (Levis, 83), Ake, S.Qomes (Akanci, 58), Nunyeş, Rodri (Fillips, 83), Silva (Dokyu, 44), Alvares, Foden (Bobb, 83), Holann.
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Mixayloviç, Ciqa, Draqoviç, Mitroviç, Rodiç, Stameniç, Hvan İn Bom (Kanqva, 83), İvaniç (Olayinka, 68), Bukari (Deqenek, 82), Ndiay (Krasso, 68).
Qollar: Bukari, 45 (0:1). Alvares, 47 (1:1). Alvares, 60 (2:1). Rodri, 73 (3:1).
Vərəqələr: Rodri, 24. Rodiç, 32. Diaş, 56. Stameniç, 82 - sarı.
Hakim: Joao Pinyeyro (Portuqaliya).
19 sentyabr. Mançester. 50204 tamaşaçı.
oyunun statistikası
37 (16) qapıya (“çərçivə”yə) zərbə 3 (2)
12 künc zərbəsi 0
1 ofsayd 1
5 qayda pozuntusu 9
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
70 topa sahibolma (faizlə) 30

Turnirin son qalibi öz meydanında iki fərqli oyunla yadda qaldı. Şübhəsiz, “Mançester Siti” ilk dəqiqələrdən diqtə edən tərəf idi. Topa böyük ölçüdə nəzarət edən İngiltərə çempionu qapıya hədsiz çox zərbə vurdu. Amma “şəhərlilər”in əksər həmlələrində düşünülmüş kombinasiyalar tapmaq çətin idi. Xüsusilə qeyd edək ki, Qvardiolanın komandası ilk hissədə qapı istiqamətində 22 zərbə endirdi, bunlardan 7-si “çərçivə”yə yönəldi. Birinci rəqəm Çempionlar Liqasında rekord göstərici oldu. Xatırladaq ki, “Bavariya” 2013-cü ildə “Viktoriya” (Plzen) ilə matçın bir hissəsi ərzində qapıya 21 zərbə ilə rekord müəyyənləşdirmişdi. Amma MS-nin oyunçularının zəhməti ilk yarının sonunda boşa getdi: səqiqəli şəkildə müdafiə olunan və nadir hallarda hücuma keçən “Srvena Zvezda” fasiləyə saniyələr qalarkən hesabı açdı. Bukarinin qolunun yalnız VAR-ın müdaxiləsindən sonra qeydə alındığını da bildirək.
Qvardiolanın fasilədə futbolçularına lazımi göstərişlər verəcəyi gözlənilən idi. Və onun komandası 2-ci hissədə baş məşqçinin təlimatlarını necə lazımdısa yerinə yetirdi. Alvaresin dublu və Rodrinin baxımlı qolu son çempionun əzmkar qələbəsini təmin etdi.
4 oktyabr: Leyptsiq – Mançester Siti, Srvena Zvezda – Yanq Boyz.

Oyundan sonra
Rafael Viki, “Yanq Boyz”un baş məşqçisi: “Stadiondakı atmosfer yenə fantastik idi. Hesabda geri olarkən azarkeşlərimiz böyük dəstəyi ilə bizə oyuna qayıtmaq imkanı yaratdılar. Mənə elə gəlir ki, komandam yaxşı və cəsarətli oyun göstərdi. Futbolçularımızdan elə bunu tələb etmişdim”.

Marko Roze, “Leyptsiq”in baş məşqçisi: “Son bir neçə həftə ərzində üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlməyimiz məni çox sevindirir. Kapitanımız Orban və Olmo kimi aparıcı oyunçulardan yararlana bilmədik. Biz inamla müdafiə olunur və hücumda da yaxşı oynayırıq. Belə qələbələr zədəli oyunçularımızın sıraya dönəcəyi ana qədər dözməyə kömək edir”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Son iki matçda nə qədər qol şansını boşa verdiyini dəqiq deyə bilmərəm. Yetərincə yaxşı oynadıq, amma ilk hissədə heç cür qol vura bilmədik. Oyuna yetərincə köklənmişdik, matçın gedişində hesabda geri düşsək də, motivasiyamızı əsla itirmədik və sonda qələbə qazandıq. Qapıya 22 dəqiq zərbə endirdik. Bu, hər şeyi düzgün etdiyimizi göstərir. Fikrimcə, Rodri hazırda Avropada ən yaxşı yarımmüdafiəçidi. Onun daha da inkişaf edəcəyinə ümidliyəm. Amma indi də ən yüksək səviyyəli dayaq yarımmüdafiəçisidi. Bəxtimiz onda gətirib ki, klubumuz bir neçə il əvvəl belə oyunçunu transfer edib. Rodri sıralarımıza qoşularkən indiki səviyyədə deyildi. İndi kapitanlarımızdan biri və yüksək səviyyəli oyunçudu. Hələ ki onun zədəsi ilə bağlı həkimlərlə söhbət etməmişəm. Amma görünür, Bernardo Silva qarşıdakı oyunları buraxmalı olacaq”.

Omri Qlazer, “Srvena Zvezda”nın qapıçısı: “Çox, çox çətin oyun idi. Çempionlar Liqasında debüt etdim və startdaca dünyanın ən yaxşı komandasına qarşı oynadım. Meydanda hər şeyə nəzarət edən “Siti” qapıya hardasa 30 zərbə endirdi. Mən onlardan təxminən 15-16-nı dəf etdim”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Dünya futbolu

30-08-2023, 20:0

Dortmund “Borussiya”sı həm büdrədi, həm də rekord müəyyənləşdirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

19-09-2023, 23:0

Xal itirməyən komanda qalmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu / Reportaj

7-06-2023, 12:0

“Leyptsiq” ardıcıl 2-ci dəfə kuboka sahib çıxdı - REPORTAJ

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə