"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA

16.05.2022 14:36 543
Premyer-liqa / Manşet
"Qəbələ"nin futbolçusu Stefan Vukçeviç şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb:

"Avropa, güclü dayan, "Qəbələ" gəlir. Məqsədimizə çatdıq. Bəli, birlikdə. Komandamı təbrik edirəm. Biz buna layiq idik".

Qeyd edək ki, premyer-liqanın 27-ci turunda "Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib".