“Mançester Yunayted” ilə yenidən anlaşdı

4.04.2023 20:14 294
Dünya futbolu
Lyuk Şou “Mançester Yunayted”in yeni təklifini qəbul edib.

“Football-plus.az” xəbər verir ki, İngilis müdafiəçi klubu ilə yeni müqavilə imzalayıb. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

Şou MY-də 2014-cü ildən oynayır. O, indiyədək bu komandada 249 oyun keçirib, 4 qol vurub və 28 məhsuldar ötürmə edib.