Emrelinin sabiq klubunun yeni məşqçisi bəlli oldu

28.10.2023 14:32 221
Dünya futbolu
Ötən həftə ''Pendikspor''a məğlubiyyətdən sonra dərhal serbiyalı Aleksandar Stanoyeviç ilə yollarını ayıran ''Konyaspor''un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər veritər ki, Dirk Kuyt başda olmaqla bir sıra məşqçilərin adı klubla yanaşı hallansa da, rəhbərlik Hakan Keleşə üstünlük verib.

51 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 9 tura cəmi 2 qələbə qazanan və 9 xal toplayan ''Konyaspor'' 15-ci pillədə qərarlaşıb. Keleşə gəlincə, o, buna qədər ''Gənclərbirliyi'', ''Qaziantep'', ''Mersin İdman Yurdu'', ''Sivasspor'' və son olaraq ''Girəsunspor''da çalışmışdı. Bu məşqçi xüsusilə Girəsun təmsilçisində adından söz etdirməyi bacarmış və komandanı 2021-də - 44 illik fasilədən sonra elitaya daşımağı bacarmışdı. Keleş 2020-23-cü illərdə çalışdırdığı ''Girəsunspor''da 110 rəsmi oyundan 44 qələbə, 25 heç-heçə, 41 məğlubiyyətlə ayrılmışdı.

Xatırladaq ki, ötən mövsümün 2-ci dövrəsində yığmamızın üzvü Mahir Emreli də icarə əsasında ''Konyaspor''da top qovmuşdu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul