• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superliqanın iki klubu yeni məşqçisinə qovuşdu

Dünya futbolu

20-10-2023, 21:0

Superliqanın iki təmsilçisi yeni baş məşqçisinə qovuşub.

“Football-plus.az” xəbər verir ki, söhbət İstanbul klublarından – “İstanbulspor”la “Pendikspor”dan gedir. Məlum olduğu kimi, “İstanbulspor” ilk 4 oyunda qələbəyə həsrət qalandan sonra Fatih Təkkə ilə yollarını ayırmışdı. Bu kollektivi mövsümün qalan hissəsində Hakan Yakın çalışdıracaq. Türkəsilli isveçrəli mütəxəssislə 2 illik anlaşma əldə olunub. Bu təyinatı gözləmək olardı. Çünki Hakan Yakın oktyabrın 8-də “İstanbulspor”un səfərdə “Beşiktaş”a qarşı keçirdiyi oyunu tribunadan izləmişdi. 46 yaşlı Yakının müstəqil məşqçi kimi təcrübəsi elə də çox deyil. Buna qədər o, İsveçrədə “Sankt Qallen”in akademiyasında çalışıb, eləcə də “Qrasshoppers” və “Şaffhauzen”də qardaşı Murat Yakının köməkçisi kimi işləyib. Müstəqil məşqçi kimi isə ötən mövsüm “Şaffhauzen”in başında olub. Futbolçu kimi daha böyük populyarlıq qazanan, İsveçrə, Fransa, Almaniya klublarında top qovan Hakan Yakın 2004/05-in 2-ci dövrəsində qısa müddət “Qalatasaray”ın da şərəfini qoruyub.

Ötən tur evdə “Sivasspor”a uduzandan sonra Osman Özköylü ilə yollarını ayıran “Pendikspor” da əcnəbi məşqçiyə üstünlük verib. Belə ki, debütant portuqaliyalı İvo Vieyra ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. 47 yaşlı mütəxəssis daha öncə “Nasyonal”, “Maritimu”, “Aveş”, “Akademika”, “Eştoril”, “Moreyrense”, “Gimanrayanş”, “Əl-Vəhdə”, “Famalikan”, “Jil Visente” kimi klubları çalışdırıb. Onun son iş yeri Braziliyada olub. “Kuyaba”nı çalışdıran Vieyra bu klubla 24 oyundan 16 qələbə, 3 bərabərlik, 5 məğlubiyyətlə ayrılıb. Həm “Pendikspor”un, həm də “İstanbulspor”un hələ də qələbəyə həsrət qaldığnı bildirək. Həftə sonu “Pendikspor” Konyaya yollanacaqsa, “İstanbulspor” “Ankaragücü”nü qəbul edəcək.

Onu da bildirək ki, “Ankaragücü”nün başında yer alan Əmrə Belözoğlu üçün qarşıdakı oyun məşqçi karyerasının yubiley – 100-cü rəsmi matçı olacaq. Buna qədər “Fənərbaxça” və “​İstanbul BŞ”ni çalışdıran 43 yaşlı mütəxəssis indiyə qədər 99 qarşılaşmanın 77-də məğlub olmayıb. Belə ki, onun komandaları bu 99 oyundan 52 qələbə, 25 heç-heçə, 22 məğlubiyyətlə ayrılıb. Bu qələbələrdən 7-si “Fənər”in, 44-ü “İstanbul BŞ”nin və 1-i “Ankaragücü”nün başında əldə olunub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-10-2022, 17:0

“İstanbulspor” “Fənər”lə oyun ərəfəsində baş məşqçisi niyə dəyişdi? - TƏHLİL

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

13-10-2023, 23:0

“Samsunspor”u almaniyalı çalışdıracaq

Dünya futbolu

10-12-2022, 13:0

“Beşiktaş” Antalya toplanışına qələbə ilə başladı

Aktual
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Son xəbərlər
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 119
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə