Dünya çempionu bu gün meydana qayıdır

28.10.2023 12:36 194
Dünya futbolu
Manuel Noyerin 11 aylıq həsrəti sona çatır.

“Bavariya”nın qapıçısı zədəsini sağaldandan sonra optimal formaya düşüb. Alman futbolçu bundesliqanın 9-cu turunun “Darmştadt” ilə bu gün keçiriləcək oyununda meydana çıxacaq. Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağı sınmışdı.

Təcrübəli futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu. DÇ-2014-ün qalibi bu səbəbdən 2022-ci il dekabrın 1-dən indiyədək rəsmi oyunlarda görünməyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul