Nəhayət, Jeremi Matye çoxdan gözlənilən qərarı verib.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq müdafiəçisi karyerasını başa vurub. 40 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. Matyenin sonuncu klubu “Luine Sports” olub. O, daha əvvəl “Sportinq”, “Barselona”, “Valensiya”, “Tuluza” və “Soşo”da çıxış edib. 2014-17-ci illərdə “Barselona”nın formasını geyən Jeremi Çempionlar Liqasının, iki dəfə La Liqanın və İspaniya kubokunun qalibi olub.