22 yaşında 200 qol vurub

9.04.2023 16:54 248
Dünya futbolu
Premyer-liqanın “Sauthempton” ilə oyunu Erlinq Holann üçün əlamətdar olub.

“Football-plus.az” xəbər verir ki, o, “Mançester Siti”nin 4:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib. Norveçli hücumçu bununla da karyerasında 200-cü qolunu vurub. 22 yaşlı Holann MS-də 44, Dortmund “Borussiya”sında 86, “Zaltsburq”da 29, “Molde”də 20, Norveç yığmasında isə 21 qol vurub.