"Bayer”lə də bu səviyyədə oynasaq, vətənə ən azı 1 xalla qayıda bilərik” – mütəxəssis belə dedi

26.10.2023 17:53 307
Manşet / Avropa Liqası
Bu gün "Qarabağ" Avropa Liqasının qrupunda növbəti oyununu keçirəcək. Rəqib güclü "Bayer-04"dü. Bəs təmsilçimiz nəyə ümid edə bilər?

"Football-plus.az" saytı olaraq, vaxtilə Ağdam təmsilçisinin şərəfini qoruyan Zaur Həşimovun fikirlərini öyrəndik:

"Qarabağın" bugünkü rəqibi Almaniyanın köklü klublarındandı, hazırda bundesliqanın ilk pilləsindədilə. Ağdam komandası qrupdakı ən ağır oyununa çıxacaq. Təmsilçimiz əvvəlki 2 oyunda yaxşı performans sərgiləməklə "Molde" ilə "Həklen"i üstələdi. Düşünürəm ki, "Bayer-04" ilə də bu səviyyədə oynasaq, vətənə ən azı 1 xalla qayıda bilərik. Onu da xüsusi qeyd edim ki, qrupdakı bügünkü oyunlar böyük ölçüdə çox şeyi həll edəcək. "Molde" -"Həkken" matçı heç-heçə bitsə, "köhlən atlar"ın qrupdan çıxmaq şansı artacaq. Qurban müəllimə və yetirmələrinə uğurlar arzulayıram".


ABDULLA İSMAYILOĞLU