Möhtəşəm döyüşün dekabrda olacağı dəqiqləşib?

25.10.2023 18:52 198
İdman
WBC versiyası üzrə superağır çəkinin çempionu Tayson Fürinin meneceri Spenser Braun adı çəkilən döyüşçünün WBA, IBF və WBO versiyaları üzrə çempion Aleksandr Usiklə dekabrın 23-də qarşılaşacağını deyib:

“Onu dəqiq deyə bilərəm ki, biz həmin döyüşü dekabrın 23-də keçirmək niyyətindəyik. Heç bir başqa məsələ ilə bağlı narahatlığımız yoxdu. Dünən axşam bu məsələni Corc və Frenk Uorrenlər ilə də danışımışıq. Uzun-uzadı söhbət etdik. Biz dekabrın 23-nə hazırlaşırıq”.


Xəbər verdiyimiz kimi, Füri ilə Usik ya Spenserin də dediyi kimi, dekabrın 23-də, ya da gələn ilin yanvarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda döyüşməlidi. Döyüşün tarixi Fürinin UFC versiyası üzrə ağır çəkinin sabiq çempionu Fransis Nqannu ilə duelindən sonra dəqiqləşəcək.