MY-nin idman direktoru kim olacaq?

24.10.2023 21:52 190
Dünya futbolu
“Mançester Yunayted”də idman direktoru postuna yeni təyinat gözlənilir.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Pol Mitçell əsas namizəd sayılır. 42 yaşlı funksioner bundan əvvəl “Monako”da idman direktoru kimi fəaliyyət göstərib. “The Telegraph” qəzetinin yazdığına görə, Cim Retkliff tezliklə MY-nin səhmlərinin 25 faizinə sahib çıxacaq. Bundan sonra onun Mitçellin namizədliyini nəzərdən keçirəcəyi gözlənilir.