"Sumqayıt" Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.
Football-plus.az xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdi müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.
Qeyd edək ki, yeni direktor 2011-ci ildən etibarən "Sumqayıt"da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.