Qadın voleybolçulardan ibarət yığmamızın hücumçusu Odina Əliyeva Azərbaycana qayıdacaq.
Belə ki, “Abşeron”nun baş məşqçisi Famil Ağayev “Football-plus.az” saytına açıqlamasında hazırda ölkə xaricində çıxış edən bir oyunçu ilə danışıq apardıqlarını və noyabrın axırında bu transferi reallaşdırmaq istədiklərini bildirdi. Lakin təcrübəli mütəxəssis bu şəxsin adını çəkmək istəmədi. Biz isə araşdırma apararaq bu voleybolçunun Odina Əliyeva olduğunu bildik. Hazırda Vyetnamın “Binh Dyen Lonq An” komandasında çıxış edən Əliyevanın Asiya təmsilçisi ilə müqaviləsinin müddəti noyabrın 19-da başa çatacaq.
CAVİD ƏLİYEV