Voleybol üzrə qadınların ibarət yığma Avropa çempionatına hazırlığı davam etdirir.
Dünən komandanın məşqini izləmək imkanımız oldu. Məşqdə qorxulu anlar yaşandı. Belə ki, komandamızın hücumçusu Odina Əliyeva zədələndi.
33 yaşlı voleybolçunun son durumu ilə bağlı özündən məlumat aldıq. O, "Football-plus.az"a açıqlamasında özünü yaxşı hiss etdiyini və heç bir ciddi problem olmadığını bildirdi.
CAVİD ƏLİYEV