Polina Rəhimovanın ardından yığmanın 33 yaşlı hücumçusu Odina Əliyeva da da Asiyaya yollanıb. O, Vyetnamın "Binh Dyen Lonq An" komandasına keçib.
Bu xəbəri ”football-plus.az”a açıqlamasında voleybolçu özü də təsdiqlədi:
"Bəli, yeni mövsümdə Vyetnamda çıxış edəcəm. Müqaviləm də 1 aylıq olacaq. Bu komanda ilə pley-offa çıxmaq üçün mübarizə aparacağıq".
Qeyd edək ki, Odinaya qədər Polina Rəhimovanın da karyerasını Vyetnamın "Duk Qianq Tia Sanq" komandasında davam etdirəcəyi məlum olub.
CAVİD ƏLİYEV




