Vyetnama getməli olan voleybolçu Bakıda nə gəzir?

6.10.2023 17:52 454
Aktual / İdman
Qadın voleybolçulardan ibarət yığmanın hücumçusu Odina Əliyevanın Vyetnamın “Binh Dyen Lonq An” klubuna keçdiyini xəbər vermişdik.

Lakin 33 yaşlı hücumçunun “Abşeron”un heyətində məşq etdiyi şəkli gördük. Hətta Əliyeva “Azərreyl”ə qarşı yoxlama oyununda da meydana çıxıb. Bəs görəsən, Asiya klubuna yollanmalı olan idmançı Bakıda nə gəzir?

Diqqətimizi çəkən bu suala cavab tapmaq üçün voleybolçunun özü ilə əlaqə saxladıq. Odinanın “Football-plus.az”a söylədikləri:

“Karyeramı Vyetnamda davam etdirəcəm. Sadəcə, formada qalmaq üçün “Abşeron”un heyətində məşq edirəm. İnşallah, oktyabrın 17-i Vyetnama yollanacam”.


CAVİD ƏLİYEV