İngiltərənin əfsanəsi dünyasını dəyişdi

22.10.2023 13:20 199
Dünya futbolu
''Mançester Yunayted'' və İngiltərə futbolu tarixinin gəlmiş-getmiş ən yaxşı, ən sevilən oyunçularından hesab olunan ser Bobbi Çarlton dünən 86 yaşında dünyasını dəyişdi.

"Football-plus.az" xəbər verir ki, ''Yunayted''in paylaşımında ''kəlimələr heç vaxt yetərli olmayacaq'' ifadəsinə yer verildi. Çarlton 17 il (1956-73) manikunianların şərəfini qoruyub. 758 oyuna 249 qol vuran və az qala yarım əsr klub tarixinin ən məhsuldar oyunçusu statusunda olan Çarltonun rekordunu 2017-də Ueyn Runi yeniləmişdi. ''Qırmızı şeytanlar''ın o dönəmdə Avropa nəhəngi sayılmamasına rəğmən bu komanda ilə həm İngiltərə çempionluğunu, həm də Çempionlar Kubokunu qazanmağa müvəffəq olan Çarlton DC-1966-nın qalibi olan İngiltərə yığmasının əfsanəvi heyətinin də önəmli bir parçası idi. O, yığmada 106 oyuna 49 qol vurmuşdu və bu rekordu da Runi yalnız 2015-də yeniləmişdi. 2020-ci ilin noyabrında Çarltona demensiya diaqnozu qoyulmuşdu. Onun 2020-nin iyulunda dünyasını dəyişən qardaşı Cek də eyni xəstəlikdən əziyyət çəkirdi. Onu da bildirək ki, Bobbi Çarltonun aramızdan ayrılması ilə birlikdə DÇ-66-nın qalibi olmuş komandadan həyatda qalan cəmi bir nəfər qalıb. Bu, həmin turnirin finalında Almaniyanın qapısına 3 dəfə yol tapan ser Ceff Herstdi. Dekabrda onun 82 yaşı tamam olacaq.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul