''Trabzonspor''un əfsanəsi dünyasını dəyişdi

19.02.2023 12:10 229
Dünya futbolu
''Trabzonspor''un sabiq oyunçusu və baş məşqçisi, klubun tarixinə damğa vuran isimlərin başında gələn Ahmet Suat Özyazıcı dünən 87 yaşında dünyasını dəyişib.

Özyazıcı ilk növbədə Türkiyə futbolunda İstanbul nəhənglərinin hegemonluğuna son qoyması ilə tanınırdı. Belə ki, 1975/76-ya qədər yalnız 3 nəhəng çempion olurdu və həmin mövsüm qaradənizlilər tarixlərində ilk dəfə ölkənin ən güclüsü adını qazandılar. Trabzon təmsilçisi bu məşqçi ilə daha 3 dəfə (1976/77, 1979/80, 1983/84) çempionluq sevinci yaşadı. Yəni klub tarixinin 7 çempionluğundan 4-ü bu mütəxəssisin adı ilə bağlıdı. Çempionluq sayına görə Özyazıcı yalnız Fatih Terimdən (8) geri qalır. Ümumilikdə bu məşqçi ''bordo-mavililer''i 8 fərqli dönəmdə çalışdırıb və 14 titul qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul