"NTD-İndiqo" "Xırdalan"ı məğlub etdi

11.10.2023 16:29 260
İdman
Basketbol Liqasında çıxış edən komandalar 2023/2024 mövsümünə hazırlıqlarını davam etdirirlər.

"Football-plus.az" xəbər verir ki, "Xırdalan" komandası ötən mövsümün bürünc mükafatçısı "NTD-İndiqo" ilə yoxlama oyunu keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalında reallaşan qarşılaşma "NTD-İndiqo"nun 70:65 hesablı qələbəsi ilə bitib.