Premyer-liqanın 19-cu turuna start verilir.
İlk qarşılaşma "ASCO Arena"da baş tutur. "Səbail" doğma meydanda "Keşlə"ni qonaq edir.
Matçdan öncə paylaşılan "11-lik"də, eləcə də ehtiyat furbolçular siyahısında Əfran İsmayılovun adı yoxdu. Böyük ehtimalla ötən həftə yarımmüdafiəçinin yayılan videosu buna səbəb olub.
Xatırladaq ki, videoda Əfrana "növbəti 10 tur barədə nə düşünürsünüz" sualı verilib, o isə komanda yoldaşlarını göstərək "bunlarla nə etmək olar", - deyə cavab verib. Görünür, Aftandil Hacıyev futbolçunu bu üzdən cəzalandırıb.
GÜNAY VƏLİYEVA