Dünən yığmamız DÇ-2024-ün seçmə mərhələsində səfərdə Estoniya seçməsinin məğlub etdi - 2:0.
Oyunla bağlı İqor Ponomaryov "football-plus.az" saytına bunları dedi:
"Estonlarla görüşdə yaxşı çıxış etdik. Futbolçular həm topa, həm də oyuna nəzarət etdi. Kreativ oyun sərgiləyib hücumlar təşkil etdi. Rəqibin hesabı dəyişməsinə imkan vermədik. Yığmamızın potensialını görürəm. Bu temp davam etsə, nəticələr gələcək. Qarşıda Avstriya ilə daha ağır oyun var. Komandaya uğurlar arzu edirəm".
ABDULLA İSMAYILOĞLU