Dünən yığmamız seçmə mərhələdə səfərdə Estoniyanı məğlub etməklə qrupda lk qələbəsini qazandı.
Yığmamızın sabiq üzvü Ceyhun Sultanov oyunla bağlı "Football-plus.az" saytına bunları dedi:
"Estoniya bizə rəqib deyildi. Millimiz onlardan daha keyfiyyətli komandadı. Əsas fikirimi çəkən taktiki sxemdə dəyişikliklə bağlı idi. Rahilin müdafiənin sağında, Elvinin isə solda oyanıb tez-tez hücuma keçməsiydi. İlk yarıda yaxşı çıxış etdik. Fasilədən sonra rəqibin təzyiqi gözlənilən idi. Odu ki, əks-hücuma üstünlük verməyimiz normal hal idi. Mahir ilə Ramil pis çıxış etmədilər. Ancaq tam “dişli” deyildilər.
İstənilən halda qələbə qələbədi. Amma bu qələbə heç də millimizdə hər şeyin qaydasında olmasına dəlalət etmir. Kifayət qədər çatışmazlıq var. Odu ki, AFFA seçmə mərhələ bitən kimi De Byaziyə işinə görə təşəkkür edərək yola salmalıdı. Onu millinin sükanı arxasındakı nəticələrini yerli məşqçilər də bacarar, hətta bir az da irəli gedə bilərdi. Xülasə, yığmamıza yerli mütəxəssis gətirilməlidi.
Hazırkı heyət daha yaxşı nəticələr və qrupdan çıxmağa imkan vermir. Daha bacarıqlı futbolçular milliyə cəlb olunmalı, ölkə xaricində çıxış edən oyunçularımız çoxalmalıdı. Qarşıda bizi Avstriya ilə doğma meydanda çətin sınaq gözləyir. Nəticənin necə olacağından asılı olmayaraq yaxşı oyun sərgiləməliyik. Komandaya uğurlar arzulayıram".
ABDULLA İSMAYILOĞLU