Almaniya klubunda yeni baş məşqçi

14.10.2023 20:52 190
Dünya futbolu
“Şalke-04”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, komandaya Karel Herarts başçılıq edəcək. Onunla müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib. Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, bundan əvvəl Belçika “Yunion”unu çalışdırıb.

Qeyd edək ki, “Şalke-04” hazırda 2-ci bundesliqada 9 turdan sonra 7 xalla 16-cı yeri tutur.