“Şalke-04”ün yeni baş məşqçisi müəyyənləşib.
Football-plus.az xəbər verir ki, bu vəzifəyə Tomas Rays təyin olunub.
Almaniya klubunun rəsmi saytının yaydığı xəbərdə onunla bağlanan müqavilənin detalları açıqlanmayıb. 49 yaşlı Rays uğursuz nəticələrə görə istefaya göndərilən Frank Krameri əvəzləyib.
“Bohum”un sabiq çalışdırıcısının yeni komandası bundesliqada 11 oyuna 6 xalla sonuncu -18-ci yeri tutur.