İngiltərə klubunda yeni məşqçi

12.11.2022 15:56 330
Dünya futbolu
“Sauthempton”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Football-plus.az xəbər verir ki, komandanı bundan sonra Neytan Cons çalışdıracaq.

49 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb. Cons baş məşqçi vəzifəsində noyabrın 7-də istefaya göndərilən Ralf Hazenhüttlü əvəzləyib. Onun sonuncu iş yeri “Luton” olub. “Sauthempton” hazırda premyer-liqada 12 xalla 18-ci yerdədi.