“Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin karyerası boyunca qazandığı pulun məbləğinə görə MHL tarixində 2-ci yerə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı ixtisaslaşmış “CapFriendly” portalı yayıb. Hesablama zamanı yalnız hokkeyçilərin maaşı və müqavilə imzalamağa görə aldığı bonuslar nəzərə alınıb. Bu reytinqdə başqa bonuslar nəzərə alınmayıb. 36 yaşlı rusiyalı 137,2 milyon dollar qazanıb.
Bu siyahıda 138,3 milyon dollarla “Pittsburq”un hücumçusu Sidni Krosbi liderlik edir. 2021/22 mövsümünə qədər bu mənada MHL rekordçusu məşhur çexiyalı forvard Yaromir Yaqr idi – 128,1 milyon dollar.