Belədə veteran futbolçu etiraz edərək "biz hansısa küçədən keçən futbolçu olmamışıq ki, belə hörmət göstərəsiz. Mən ölkə futbolu üçün can qoymuşam. Bu necə hörmət, ehtiramdı", - deyə qəzəbini gizlətmədi.
Onun bu çıxışından sonra yığmanın köməkçi məşqçisi Arif Əsədov və Toni Tulçinello da “skay-boks”da yox, qonaqlar üçün lojada əyləşdi. Məsələylə bağlı veteran futbolçudan açıqlama aldıq:
"Anlaşılmazlıq olmuşdu ki, o da həllini tapdı. Zatən belə hadisələr zamanı mübahisə etməyi sevən deyiləm, həmçinin nə olur-olsun, səviyyəmi və statusumu da aşağı salmaram".
ABDULLA İSMAYILOĞLU




