Dünən Misli premyer-liqasında baş tutan "Sabah" - "Şamaxı" qarşılaşmasında meydan sahiblərinin stadionundakı təmir və yenidənqurma işləri gözümüzdən yayınmadı.
Avrokubokda çıxış edəcək Masazır təmsilçisinin futbol məkanında hansı işlər gedir? "Football-plus.az" saytı olaraq stadionun meneceri Yaqub Mirzəyevdən detallı bilgil aldıq:
"Avrokubok oyunlarımızın “Bank Respublika Arena”da keçirilməsi variantı gündəmdədi. Stadionun avrokubok oyunları üçün UEFA-nın kriteriyalarına uyğunlaşdırılması istiqamətində işlər görülür. Hazırda arenanın "skay-boks"larında, mütxəlif iş otaqlarında və tribunalarında təmir işləri gedir. İşıqlandırma sisteminin də yenilənməsi nəzərdə tutulub. Bütün işlər stadionun avrokubok oyunları üçün hazır vəziyyətə gətirilməsinə hesablanıb".
ABDULLA İSMAYILOĞLU