• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS ardıcıl 2-ci dəfə uduzdu, London klubları zirvədə - TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 20:0

Rodrisiz “Mançester Siti” növbəti dəfə uduzdu.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” bu qələbəyə sayəsində 2-ci pilləyə yüksəldi. Zirvədə isə Londonun digər təmsilçisi “Tottenhem” qərarlaşıb. Nəhənglərdən “Çelsi” ilə “Mançester Yunayted” də turu qələbə ilə başa vurdu. “Liverpul” “Brayton”la səfər oyununda heç-heçə ilə kifayətləndi.

“Tottenhem” Lutondan 3 xal aparmağı bacardı. “Mahmızlar” bir neçə əlverişli şansı qaçırandan sonra meydan sahibləri 38-ci dəqiqədə fərqləndi. Ancaq qol hesaba alınmadı. İlk yarının sonunda Bissuma qırmızı vərəqə almaqla “Tottenhem”i azlıqda qoydu. Gözləmək olardı ki, “Luton” 2-ci hissədə təzyiqi artırıb qələbə topunu vuracaq. Ancaq belə olmadı. 52-ci dəqiqədə künc zərbəsinin ardından Van de Ven londonluları irəli çıxardı. Qələbə hesabını qorumaq qonaqlar üçün o qədər də çətin olmadı.

Turun mərkəzi oyununda “Arsenal” MS-ni qəbul etdi. Oyuna daha yaxşı başlayan “şəhərlilər”dən Qvardiolla Ake imkanı boşa verdi. Elə Alvares də hesabı açmağa yaxın idi. Fasilədən sonra meydanda daha sönük mübarizə getdi. Sanki komandaların hər biri heç-heçəyə razı idi. Ancaq lap sonda “topçular” qələbəni qopardı. Qolu Artetanın sonradan meydana buraxdığı 4 oyunçu – Parti, Tomiyasu, Haverts və Martinelli yaratdı. Braziliyalının zərbəsindən sonra Akedən səkən top qapıçını çaşdırıb tora daxil oldu. “Siti”nin hesabı bərabərləşdirmək üçün nə gücü, nə də vaxtı qalmışdı.

MY “Brentford”la oyunda az qala “Kristal Pelas”la qarşılaşmanın ssenarisini təkrarlayacaqdı. Meydan sahibləri təşəbbüsə malik olsa da, ilk yarıda, demək olar ki, heç bir təhlükəli vəziyyət yarada bilmədi. “Arılar” isə hissənin ortalarında hesabı açdı. 2-ci hissə daha maraqlı keçdi. Hər iki qapının önündə təhlükəli vəziyyətlər yaranırdı. “Brentford” bəzi epizodlarda daha təhlükəli görünürdü. Ancaq qonaqlar fərqi artıra bilmədi və sonda öz qapısına doğru sıxıldı. Ten Haqın 87-ci dəqiqədə Maktomineyi meydana buraxması həlledici oldu. Onun uzatma dəqiqələrində vurduğu iki qol MY-yə əzmkar qələbə qazandırdı.

“Arsenal” – MS matçı olmasaydı, məhz “Brayton”la “Liverpul”un duelini turun mərkəzi oyunu sayardıq. “Qağayılar”la “qırmızılar” qalibi müəyyənləşdirə bilmədi. Oyuna daha yaxşı başlayan meydan sahibləri hissənin ortalarında hesabı açdı. Van Diykin Makallisterə qeyri-dəqiq ötürməsini ələ keçirən Adinqra Alissonun qapıdan irəli çıxdığını görüb uzaq məsafədən zərbə vurdu. “Liverpul” fasiləyə qədər nəinki hesabı bərabərləşdirdi, hətta irəli də çıxdı. Salah ardıcıl iki qol vurdu. Fasilədən sonra iki qol şansını qaçıran “qırmızılar” 79-cu dəqiqədə futbolun məşhur “vurmayan vurarlar” prinsipini öz üzərində yaşadı. Marçın cərimə zərbəsindən qapı önünə asmasını Dank tamamladı.

“Nyukasl” PSJ üzərində möhtəşəm qələbənin ardından “avrokuboklar zonası”nda qərarlaşan “Vest Hem”i məğlub edə bilmədi. “Çəkicdöyənlər” artıq 8-ci dəqiqədə hesabı açdı. “Sağsağanlar” yalnız 57-ci dəqiqədə bərabərlik qolunu vurdu. Bu qolun müəllifi İsak 5 dəqiqə sonra dublunu da rəsmiləşdirdi. İsveçli 73-cü dəqiqədə təkbətəki də boşa verməsəydi, bu oyunda intriqa öləcəkdi. Amma qapıçını da arxada qoyandan sonra topu dirəyə vurdu. “Vest Hem” sonda hesabı bərabərləşdirə bildi. Məhsuldar heç-heçə bu oyunun axarına uyğun nəticədi.

Turun qalan oyunlarına gəlincə, səfərdə birbaşa rəqibi “Everton” önündə darmadağın olan “Bornmut”un baş məşqçisi Andoni İraolanın istefası, belə görünür ki, zaman məsələsidi. Ötən tur “Brayton”u darmadağın edən “Aston Villa” bu dəfə səfərdə “Vulverhempton”la heç-heçə etdi. Həftəiçi təxirə salınan oyunda “Luton”u məğlub edən “Bernli” “Çelsi” ilə oyunda qapazaltı oldu. Düzdü, hesabı məhz “Bernli”, daha dəqiqi, Odober açdı. Hissənin sonunda topu öz qapısına göndərən Əl-Daxil komandasının faciəsinin əsasını qoydu. “Zadəganlar” 2-ci hissədə daha üç qol vurdu. Ortabablardan “Kristal Pelas”la “Nottingem Forest” bir-birinin qapısına yol tapa bilmədi.

Məşqçi istefası ərəfəsində olan daha bir komanda “Şeffild Yunayted”di. Məğlubiyyət sayı 7-yə çatan şeffildlilərin çalışdırıcısı Pol Hekkinqbottom üçün yaxşı heç nə görünmür.

8-ci tur
Arsenal – Mançester Siti 1:0
Martinelli, 86. (60233)
Arsenal: Rayya, Zinçenko (Tomiyasu, 75), Qabriel, Saliba, Uayt, Edeqor, Jorjinyo (Parti, 75), Rays, Trossar (Martinelli, 46), Nketia (Haverts, 75), Jezus.
MS: Ederson, Qvardiol, Ake, Diaş, Uoker, Lüis (Stounz, 68), Kovaçiç (Nunyeş, 68), Foden, Alvares (Dokyu, 68), B.Silva, Holann.
Luton – Tottenhem 0:1
Van de Ven, 52. (10290)
Tottenhem: Vikario, Udoci (Devis, 82), Van de Ven, Romero, Porro, Sarr, Bissuma, Rişarlison (Heybyerq, 46), Meddison (Skipp, 76), Kulusevski (Melis, 90+2), Son Hın Min (Emerson, 76).
Brayton – Liverpul 2:2
Adinqra, 20. Dank, 79 – Salah, 40; 45+1. (31752)
Liverpul: Alisson, Robertson, Van Diyk, Matip (Konate, 73), Aleksander-Arnold (Qomes, 80), Soboslai, Makallister, Elliott (Qravenberx, 46), Dias, Nunyes, Salas.
Mançester Yunayted – Brentford 2:1
Maktominey, 90+3; 90+7 – Yensen, 26. (73453)
MY: Onana, Dalot, Maquayr, Evans, Lindelöf (Marsyal, 71), Kazemiro (Eriksen, 46), Amrabat (Maktominey, 87), Reşford (Qarnaço, 63), Maunt (Antoni, 63), Fernandeş, Heylunn.
Bernli – Çelsi 1:4
Odober, 15 – Əl-Daxil, 42-öz qapısına. Palmer, 49-p. Sterlinq, 65. Cekson, 75. (21654)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Kukurelya, Qallaher, Kaysedo, Fernandes, Sterlinq (Maatsen, 82), Broya (Cekson, 46), Palmer (Mudrik, 86).
Everton – Bornmut 3:0
Qarner, 8. Harrison, 37. Dukure, 60. (38815)
Fulhem – Şeffild Yunayted 3:1
De Kordova-Rid, 53. Foderingem, 76-öz qapısına. Villian, 90+2 - Robinson, 68-öz qapısına. (24361)
Vulverhempton – Aston Villa 1:1
Hi Çan Hvan, 53 – Torres, 55.
Vest Hem – Nyukasl 2:2
Souçek, 8. Kudus, 89 – İsak, 57; 62.
Kristal Pelas – Nottingem Forest 0:0
1. Tottenhem 8 6 2 0 18-8 20
2. Arsenal 8 6 2 0 16-6 20
3. Mançester S. 8 6 0 2 17-6 18
3. Liverpul 8 5 2 1 18-9 17
5. Aston Villa 8 5 1 2 19-12 16
6. Brayton 8 5 1 2 21-16 16
7. Vest Hem 8 4 2 2 15-12 14
8. Nyukasl 8 4 1 3 20-9 13
9. Kristal Pelas 8 3 3 2 7-7 12
10. Mançester Y. 8 4 0 4 9-12 12
11. Çelsi 8 3 2 3 11-7 11
12. Fulhem 8 3 2 3 8-13 11
13. Nottingem F. 8 2 3 3 8-10 9
14. Vulverhempton 8 2 2 4 9-14 8
15. Brentford 8 1 4 3 11-12 7
16. Everton 8 2 1 5 9-12 7
17. Luton 8 1 1 6 6-15 4
18. Bernli 8 1 1 6 7-20 4
19. Bornmut 8 0 3 5 5-18 3
20. Şeffild Y. 8 0 1 7 6-22 1
Bombardirlər: Holann (MS) – 8, Son Hın Min (Tottenhem), İsak (Nyukasl) – 6.
Növbəti turun oyunları oktyabrın 21-23-ü aralığında keçiriləcək: Liverpul – Everton, Nyukasl – Kristal Pelas, Nottingem Forest – Luton, Mançester Siti – Brayton, Brentford – Bernli, Bornmut – Vulverhempton, Çelsi – Arsenal, Şeffild Yunayted – Mançester Yunayted, Aston Villa – Vest Hem, Tottenhem – Fulhem.

Turun rəqəmi
1 – MS Qvardiola dönəmində ilk dəfə premyer-liqada “Arsenal”a uduzdu. “Topçular” çempionatda bu rəqibi sonuncu dəfə 2015-də məğlub etmişdi. Ümumiyyətlə, londonlular premyer-liqada “Siti” ilə duellərdəki 12 oyunluq məğlubiyyət seriyasını bitirdi.

Turun ulduzu
Rahim Sterlinq (Çelsi) – bütün qollarda yaxından iştirak etdi. Məhz onun asmasından sonra Əl-Daxilə dəyən tor tora daxil oldu. Fasilədən sonra Rahimin qazandığı penaltini Palmer qola çevirdi. 65-ci dəqiqədə özü də fərqləndi, 10 dəqiqə sonra isə sonuncu qolun əsasını qoydu.

Turun sitatı
Rio Ferdinand, İngiltərə yığmasının sabiq oyunçusu: “Tottenhem” son bir ildə hədsiz “yumşaq” idi. Komanda ötən mövsüm belə oyunu uduzar, azlıqda dərhal təslim olardı. Postekoğlu komandaya sərtlik qatıb. Meydanda 10 nəfərlə qalanda mərkəz müdafiəçiləri “artırmalıdı”. Romero və Van de Ven müdafiədə çox yüksək səviyyədə oynadı. Komanda doğru istiqamət üzrə irəliləyir, ancaq çempionluq haqda danışmaq tezdi”.

Faktlar
* Arteta premyer-liqada Qvardiola üzərində ilk qələbəsini qazandı. Onlar çempionatda 8-ci dəfə üz-üzə gəldi. Əvvəlki 7 oyundan Qvardiola qalib ayrılmışdı.
* MS son 4 oyununun yalnız birində qələbə qazanıb. “Şəhərlilər” sentyabrın 27-dən bəri Liqa kubokunda “Nyukasl”a (0:1), premyer-liqada isə “Vulverhempton”a (1:2) uduzub. Bu müddətdə yeganə qələbə ÇL-də “Leyptsiq” (3:1) üzərində qazanılıb. MS sonuncu dəfə 2018-in aprelində 4 oyunun 3-də uduzmuşdu.
* MY premyer-liqada çıxış tarixində ən gec geridönüşə imza atdı. Maktominey 90+3-cü və 90+7-ci dəqiqələrdə fərqləndi. MY premyer-liqada ilk dəfə 90-cı dəqiqədə uduzuduğu oyunu çevirə bildi.
* “Brayton” 2020-nin yayından bəri “Liverpul”a yalnız bir dəfə uduzub. Bu müddətdə keçirilən 8 oyunun 3-də “qağayılar” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. Kloppun komandasının yeganə qələbəsi ötən il martın 12-nə təsadüf edib.
* Saka 2021-ci ilin mayından bəri ilk dəfə premyer-liqada oyun buraxdı. 22 yaşlı vinger ardıcıl 87 oyuna çıxmaqla bu turnirin ən uzun seriyasını müəyyənləşdirib.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Oyuna yaxşı başladıq, iki-üç imkan yaxaladıq. “Arsenal” isə 2-ci hissəyə yaxşı başladı, lazımi ritmi tutdu. Bərabər səviyyədə keçən oyunun taleyini səkən top həll etdi. Rəqibi təbrik edirəm. Ardıcıl iki məğlubiyyət almışıq. Yığma fasiləsindən sonra bütün futbolçuların düşərgəyə sağlan dönəcəyinə ümid edirəm. Nə etməyin lazım olduğunu bilirəm və bunu edəcəyik. Rodrinin yoxluğunun oyunumuza təsirini inkar edə bilmərəm”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Çox qürurluyam. Yaxşı oyunla yanaşı, tribunaların dəstəyi də vacibdi. Bu böyük qələbədi. Həqiqətən aqressiv oynadıq. Dəyişikliklər də işə yaradı. Rəqibə çoxlu problem yaratdıq. Cəsarətimiz xoşuma gəldi. Rayya da möhtəşəm idi. Cəsur oyunçuları bəyənirəm, qapıçımız da belələrindən biridi”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Düzünü desəm, bunu ədalətli nəticə sayıram. Yəqin ki, 2-ci hissədə 3-cü qolu vurmalıydıq. İki yaxşı imkanımız da oldu. Ancaq ardından çoxlu təkbətəkə şərait yaratdıq. Elə oyunlarımız olub ki, fərdi müdafiəni həqiqətən yaxşı bacarmışıq. Bu gün rəqibə lazımi qədər problem yarada bilmədik”.

Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Çox sevinirəm. Hesab edirəm ki, futbolçularım qələbəyə layiq idi. Bu gün yaxşı oyun göstərdik. İkinci hissədə tam dominantlıq etdik, haqq etdiyimiz qələbəni qazandıq. Gənc komandayıq, çoxlu yeni oyunçumuz var, bu üzdən özünəinamı və komanda strukturunu möhkəmlətmək lazımdı. Yaxşı oynayırıq, ancaq mükəmməlləşməli və rəqib qapısı önündə daha inamlı olmalıyıq. Son üç oyunda üç qələbə gənc komanda üçün çox vacibdi”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Komandamla qürur duyuram. Belə geridönüşdən sonra hisslərimi təsvir edə bilmirəm... Ancaq onu deyə bilərəm ki, gözəl hisslərdi. Belə qol buraxırsansa, rəqibin özünəinamı artır. Mentallığımız və xüsusən də dözüm qələbə qazanmağa imkan verdi. Bilirəm ki, hələ çox işləmələiyik. Ancaq indi qələbədən ləzzət ala bilərik. Yaxşı komandamız, əla oyunçularımız var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

27-09-2023, 18:0

MS-ni kim dayandıracaq?! – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 12:0

“Çelsi” artıq sıradan bir rəqibdi - TURUN ŞƏRHİ

Aktual
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
Son xəbərlər
  • Bu gün, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Bu gün, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Bu gün, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Bu gün, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
Daha çox
Oxunub: 554
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 264
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 184
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə