Ueyn Runi növbəti mövsümdən başqa klubda çalışa bilər.
O, bir neçə gün əvvəl Şon Dayçı istefaya göndərən “Bernli”nin baş məşqçi vəzifəsinə əsas namizəd sayılır. Bunu “The Sun” qəzeti iddia edir. Runinin hazırda çalışdırdığı “Derbi Kaunti” artıq İngiltərə çempionatının 2-ci divizionundakı yerini itirib.
“Bernli” hazırda premyer-liqada 33 oyuna 31 xalla 17-ci yerdədi. Bu yer komandaya elitada qalmaq hüququ verir.