Runi üçün ikinci MLS macərası?

9.07.2022 18:55 405
Dünya futbolu
Bir neçə gün əvvəl “Derbi Kaunti”dən ayrılan Ueyn Runi Amerikaya qayıda bilər.

"Football-plus.az" xəbər verir ki, onun MLS klubunu çalışdırmaq şansı var. “The Times” qəzetinin yaydığı xəbərə görə, “Di Si Yunayted” rəhbərliyi ingilis mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək istəyir. Tərəflər arasında danışıqların aktiv mərhələdə olduğu bildirilib. Xatırladaq ki, Runi futbolçu karyerasının iki ilini (2018-2020) məhz “Di Si Yunayted”də keçirib.