"Xırdalan" yoldaşlıq oyununda "Sumqayıt"ı məğlub etdi

9.10.2023 15:57 215
İdman
Basketbol Liqasında çıxış edəcək komandalar 2023/24 mövsümünə hazırlıqlarını davam etdirirlər.

"Football-plus.az" xəbər verir ki, "Xırdalan" çempionatın debütantı "Sumqayıt"la yoldaşlıq oyunu keçirib.

Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan qarşılaşma "Xırdalan"ın 76:66 hesablı qələbəsi ilə bitib.