• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yunayted” mentallıq baxımından tam fərqli klubdu”

Dünya futbolu / Müsahibə

6-10-2023, 20:0

Dünya futbolunun ulduzlarından Zlatan İbrahimoviç Pirs Morqana müsahibə verib.

“Football-plus.az” xəbər verir ki, bu həmin Morqandı ki, Kriştiano Ronaldodan aldığı müsahibə ilə İngiltərə futbolunu, xüsusən də “Mançester Yunayted”i silkələmişdi. İsveçli ilə söhbətdə də maraqlı məqamlar var.

- Pep Qvardiola ilə ilk görüşünüzü xatırlayırsızmı?
- Qvardiola ilə görüşəndə mənə dedi ki, “yadında saxla, burda futbolçular “Ferrari” ilə gəzmirlər”. Bəs mən bundan sonra nə etdim? Əlbəttə, bazaya “Ferrari”mlə gəldim.
- Qol vurmaq seksdən yaxşıdı?
- Seks yaxşıdı. Başqa cür düşünən istənilən adamın sekslə bağlı problemi var.
- Daha sərt müsahibə əsl Zlatanı aça bilərmi?
- Siz odla oynamaq istəyirsiz? Mən sizin alovunuz olacam. Ancaq siz yanarsız. Necə düşünürsüz, Allah olduğumu deyərkən zarafat edirəm? Mən zarafat etmirəm. Bondu məhv edərdim, ancaq xidmətim çox bahadı, havayı işləmirəm.
- Erik ten Haqın “Mançester Yunayted”dəki işini qiymətləndirməyinizi xahiş edirəm.
- Ten Haq “Ayaks”da idi, mən də ordaydım. Bu klubda ən yaxşı istedadlar toplaşıb, ancaq böyük ulduzları yoxdu. Belədə baş məşqçi necə təcrübə toplasın? O, gənc istedadlarla işləyəndən sonra “Yunayted”ə keçdi. “Yunayted” mentallıq baxımından tam fərqli klubdu, burda başqa xarakterli futbolçular toplaşıb. Aydın məsələdi ki, İngiltərə klubunda ulduz futbolçular oynayır. Belə oyunçulara münasibət fərqli olmalıdı. Mən həm “Ayaks”da oynamışam, həm də MY-də. Bu klublar arasında fərq böyükdü – bunu bilirəm. “Yunayted”də tam fərqli intizam qaydaları hökm sürür.
- Xatırlayıram ki, Kriştiano Ronaldo Ten Haqdan lazımi hörmət görməməsindən şikayətləndirdi. İndi isə Ceydon Sanço belə vəziyyətlə üzləşib.
- Əlbəttə, mən Sanço və Kriştiano ilə bağlı məhz nələrin baş verdiyini bilmirəm, informasiyanı yalnız qəzet səhifələrindən alıram. Ancaq düşünmürəm ki, bu, məşqçi səhvidi. Axı təcrübəni pulla almaq mümkün deyil. Belə təcrübəyə yiyələnmək üçün vaxt lazımdı. Yenə də deyirəm ki, “Yunayted”də və “Ayaks”da çalışmaq tam fərqli səviyyələrdi. Düşünürəm ki, yaranmış vəziyyətdə hər kəsin məsuliyyəti var. Eyni söz komandaların nəticələrinə da aiddi. “Yunayted” qalib gəlməyə məcburdu. Bu klub mübarizə apardığı hər turniri qazanmalıdı. Amma indi qonşusu “Mançester Siti” “Yunayted” üzərində dominantlıq edir. Klub qarşısında duran tələblərin yerinə yetirilməsi baxımından hər kəs məsuliyyət daşıyır, təkcə baş məşqçi yox. Hər kəs ən yaxşı nəticələrə çatmaq üçün yenidən doğru yolu tapmalıdı. Layihə, plan lazımdı ki, komanda onu yerinə yetirsin. Belə hissiyyat var ki, komanda plan üzrə hərəkət edir, ancaq nəticələr üzündən hər şey bir anın içində nəzarətdən çıxır. Ten Haqa böyük klubu necə çalışdırmaq lazım olduğunu anlamaq üçün uzun müddət lazımdı.
- Amma MY kimi klublarda bəzən baş məşqçilərə belə uzun müddət verilmir.
- Hə, əlbəttə, belə klublar daim qələbə qazanmaq istəyir. Mən “Milan”da olanda dərhal keyfiyyətli oyun göstərmək lazım idi. “Yunayted”də də vəziyyət eynidi. Yetərincə yaxşı deyilsən? Okey, başqasını taparıq. Nəticələr isə hər şeyi ortaya tökür. Ancaq baş məşqçiyə nə qədər vaxt lazımdı? Bilmirəm. Bu məsələ klubun sahiblərindən, onların nə istəməsindən asılıdı. Ancaq fanatları dinləyəndə anlayırsan ki, vaxt azdı, çünki onlara qələbə lazımdı. Onlar komandalarının qələbələr qazanmasına öyrəşiblər, yenə eyni şey istəyirlər. Bu isə çox çətindi. Şeydan detallarda gizlənir. Hətta işlər yaxşı gedəndə də hansısa problemlər və səhvlər olur. Ancaq həmin vaxtlarda bunlar diqqəti çəkmir, çünki komanda qalib gəlir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2022, 14:0

Qvardiola ''Yunayted''in yeni məşqçisini təriflədi

Dünya futbolu

19-08-2022, 14:0

Ronaldo ten Haqın işindən narazıdı

Dünya futbolu

11-04-2022, 10:0

Van Persi "Mançester Yunayted"ə yox dedi

Dünya futbolu

17-08-2022, 17:0

İlon Maskın "Mançester Yunayted”in səhmlərini alacağı zarafat imiş

Dünya futbolu

14-11-2022, 10:0

Ronaldodan Ten Haqa - "Ona hörmət etmirəm"

Dünya futbolu

17-06-2022, 18:0

Ronaldo "Yunayted"dən ayrıla bilər

Aktual
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
Son xəbərlər
  • Bu gün, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Bu gün, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Bu gün, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Bu gün, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Bu gün, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Bu gün, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Bu gün, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Bu gün, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Bu gün, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Bu gün, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Bu gün, 15:14
    Mikels mükafatlandırıldı
  • Bu gün, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Bu gün, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Bu gün, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Bu gün, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Bu gün, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Bu gün, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Bu gün, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Bu gün, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Bu gün, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Dünən, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
Daha çox
Oxunub: 276
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə