Təəssüf ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı matçı stadiondan izləyə bilməyəcək. Bu barədə millimizin və İsveç "Yurqorden"inin hücumçusu özü "Football-plus.az"a məlumat verdi:
"Çox üzgünəm. "Qarabağ"ın matçını tribunadan izləyə bilməyəcəm. Çünki sabah səhər saatlarında "Yurqorden"in heyətində məşqim var. Oyunu televiziyadan izləməyə məcburam. Bayaq gedib stadiona baş çəkdim. Hər şey qaydasında görünür. "Qarabağ"a uğurlar".
KƏNAN BAHADIR






