Musa Qurbanlı "Yurqarden"də ilk məşqinə çıxıb - FOTO

15.07.2023 17:34 304
Ölkə futbolu
Millimizin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk məşqinə çıxıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk hesabı paylaşım edib.

"Yurqorden" postda "bütün yeni transferlər yerindədi" yazıb.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.

Musa Qurbanlı "Yurqarden"də ilk məşqinə çıxıb