Çox təəssüf ki, azərbaycanlı futbolsevərlərin Musa Qurbanlını bu gün “Yurqorden” formasında görmək istəyi alınmayacaq.
“Football-plus.az” xəbər verir ki, adı çəkilən klub bu gün saat 21.00-da başlayacaq “Malmö” ilə oyuna qədər həmyerlimizə işçi vizası açdırmaqla bağlı problemi həll edə bilməyib.
Şənbə günündən etibarən məşqlərə qatılan gənc hücumçu məhz bu üzdən debüt imkanını əldən verdi. Musa bugünkü oyunu tribunadan izləyəcək.