Dünən Antalyada baş tutan "Turan Tovuz" - "Adana Dəmirspor" qarşılaşması Tovuz təmsilçisinin sosial şəbəkələrdəki hesablarında yayınlanacaqdı. Lakin oyunun startına az qalmış bunun mümkün olmayacağı aydınlaşdı.
"Football-plus.az" saytı olaraq bunun səbəbini öyrənmək üçün "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağlyevlə əlaqə saxladıq. Onun söylədiklərinə keçid alaq:
"Oyunun canlı yayınlanması nəzərdə tutulmuşdu. Sadəcə, özümüzlə bağlı gözlənilmədən texniki problemlər baş verdi. Nəticədə görüşü yayınlamaq mümkün olmadı".
ABDULLA İSMAYILOĞLU