• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ı 4-5 min azarkeş dəstəkləyəcək - “Ermənilərin bizə nəsə etməyə gücü çatmaz”

Aktual / Avropa Liqası

5-10-2023, 13:0

“Qarabağ” bu gün İsveçdə çətin oyuna çıxacaq. “Köhlən atlar” Avropa Liqasının qrup mərhələsinin 2-ci oyununda “Həkken”lə üz-üzə gələcək.

Rəsmi məlumata görə, bizim azarkeşlər üçün 1800 bilet satışa çıxarılıb. İsveç soydaşlarımızın çox yaşadığı ölkələrdən biri deyil. Görəsən, son ölkə çempionunun görüşünə azərbaycanlılar maraq göstərəcək?

Məsələ ilə bağlı daha ətraflı bilgi almaq üçün İsveçdə, həm də Höteborq şəhərində yaşayan, Ağdamda doğulan Kənan Rüstəmovla əlaqə saxladıq. Ondan oyuna marağın olub-olmadığını soruşduq:

“Çərşənbə axşamı komandamız İsveçə gəldi. Biz də onları qarşılamaq üçün hava limanına getdik. Amma komandamızı görə bilmədik. Çünki qapalı çıxışdan istifadə edərək otelə yollanıblar. Bu, bizi həvəsdən salmadı. Təxminən 50-60 nəfər idik. Telefonla əlaqə quraraq kluba otelə gəlmək istədiyimizi bildirdik. Sağ olsunlar, razılaşdılar. Oteldə oyunçularla görüşdük, çay içdik. Yəni “Qarabağ”ın oyununa indidən maraq var. Görüş vaxtı bundan daha artığı olacaq”.


Mediada gəzən söz-söhbətə görə, bu gün görüşdə 300-350 nəfər azərbaycanlı “Qarabağ”a azarkeşlik edəcək. Kənan bəy bu məlumatın doğru olmadığını bildirdi:

“300-400 nədi? Ən azı 1000 nəfərə yaxın adam olacaq stadionda. Bəlkə də çox. Mən maraqlanmışam. Azərbaycanlıların “Qarabağ”ın oyununa həddən artıq marağı var. “Ullevi” stadionu Höteborqun ən böyük arenasıdı. Düşünürəm ki, stadionda “Həkken”in azarkeşindən daha çox “Qarabağ” tərəfdarı olacaq. Mən əminəm”.


“Qarabağ” azarkeşi Azərbaycanın İsveçdəki səfirliyinin nümayəndələrinin də oyunu izləməyə gələcəyini söylədi:

“Zaur Əhmədovun siyasi işləri çoxdu. Düşünmürəm ki, o, futbol məsələlərinə qarışsın. Amma səfirliyin nümayəndələri iştirak edəcəklər. Lakin Zaur bəyin gəlib-gəlməyəcini dəqiq bilmirəm. Bilirsiz, azərbaycanlıların ən çox yaşadığı şəhər Höteborqdu. İnanıram ki, azarkeşlərimiz “Qarabağ”ı dəstəkləmək üçün stadiona axın edəcək. Çünki bu şəhərdə güneyli-quzeyli 30 min azərbaycanlı yaşayır. Mən düşünürəm ki, 4-5 min adam “Qarabağ”a dəstək olacaq. Burda nə qədər “Traktor” sevdalısı gənclər var. Hətta Türkiyədən olanlar da bu gün “Qarabağ”ı dəstəkləmək üçün stadiona gələcəklər”.


Son günlər ölkəmizdə xoş hadisələr yaşanır. Qarabağ seperatçılardan tam təmizləndi. Geydirmə qurumun separatçıları başçıları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bir-bir həbs olunur. Bir neçə gün öncə İsveçdə Azərbaycan səfirliyinin önündə ermənilər antiterrorla bağlı aksiya keçirmişdilər. Görəsən, düşmənlərimiz “Həkken” – “Qarabağ” matçında təxribat törətməzlər ki? Sualımızı Kənan bəy belə cavabladı:

“Əvvəlcə Azərbaycan xalqını təbrik edirəm. Belə gözəl anların şahidi oluruq. Mən özüm də 1-ci Qarabağ müharibəsinin qazisiyəm. Həyatımdan indiki kimi gözəl hadisələr yaşanmayıb. Ola da bilməz. Ağdam, Şuşa, Xankəndi geri qayıdır. 30 ildi həsrətini çəkdiyimiz torpaqlara artıq rahat gedə biləcəyik. DTX seperatçı şərəfsizləri həbs edərək Bakıya başlarını əyə-əyə gətirir. Böyük tarixi günlər yaşayırıq. Bu anları bizə bəxş edən əsgərlərimizin, şəhidlərimizin, Ali Baş Komandanımızın qarşısında baş əyirəm. Gələk ermənilərə. Bəli, bizdə məlumat var ki, düşmənlərimiz oyunda təxribat törətmək istəyir. Bizim Höteborqda dərnəyimiz var. İsveç Azərbaycanlıları Təşkilatı adlanır. Bu təxribatla bağlı İsveç polisinə məlumat vermişik. Təbii ki, onlar həmişəki kimi gücləndirilmiş rejimdə işləyəcək. İsveç polisi ermənilərin hansısa təxribatını qarşısını almağa qadirdi. Hələ ki heç bir problem yoxdu. Onların bizə nəsə etməyə gücləri çatmaz”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

25-10-2022, 16:0

"Qarabağ"ı Fransada nə qədər azarkeş dəstəkləyəcək?

Manşet / Avropa Liqası

4-10-2023, 21:0

“İsveçdəki azərbaycanlıların bu oyuna marağı böyükdü” - sabiq üzvü “Qarabağ”dan qələbə gözləyir

Manşet / Avropa Liqası

30-09-2023, 19:0

Heç kim Bakıda qalmır, "Qarabağ" İsveçdə bu məkanı seçdi

Aktual / Avropa Liqası

5-09-2023, 16:0

“Qarabağ” bu komandaların hər ikisini məğlub edə bilər” – İsveçdə yaşayan dedi

Aktual / Çempionlar Liqası

26-07-2023, 15:0

"Qarabağ"ı 300-350 azarkeş dəstəkləyəcək

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə