"Qarabağ"ı Fransada nə qədər azarkeş dəstəkləyəcək?

25.10.2022 16:59 531
Manşet / Avropa Liqası
Cümə axşamı “Qarabağ” ölüm-dirim matçına çıxacaq. “Köhlən atlar” Avropa Liqasının qrup mərhələsində “Nant”ın qonağı olacaq.

Football-plus.az xəbər verir ki, klub satışla bağlı bütün məqamlara aydınlıq gətirib. Fransada yaşanan soydaşlarımız necə, oyuna maraq göstərirmi? Azərbaycanın Fransadakı səfirliyindən kluba müraciət olub? Suallarımızı Gündüz bəyə ünvanladıq:

“Fransada yaşayan azarkeşlərimiz bizə müraciət edib. Bildiyim qədər adı çəkilən ölkədə yetərincə azərbaycanlı yaşayır. Fikrimcə, “Qarabağ” orda dəstəksiz qalmayacaq. Sayla bağlı dəqiq rəqəm söyləyə bilmərəm. Bilirik ki, Afina ilə müqayisədə daha çox maraq var. Ehtimal edirik ki, hardasa 300-400 azarkeş bizi orda dəstəkləyəcək. Bəli, səfirlikdən də əlaqə saxlayıblar. Onların nümayəndələrinin də oyuna gələcəyi gözlənilir”.


İLKİN SULTANLI