UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

4.10.2022 15:45 3 504
Manşet / Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan ən yaxşı klubların siyahısını tərtib edib.

Football-plus.az xəbər verir ki, "TOP-10"da "Qarabağ" da qərarlaşıb. Yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən hazırlanan reytinq sıralamasında Ağdam təmsilçisi 1-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi son 5 matçın 4-də qələbə qazanıb, 1-də uduzub.

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!


"Qarabağ" son beş matçdan birincisində Avroliqada "Frayburq"a məğlub olub, növbəti 4 görüşdə isə "Sabah", "Nant" (Fransa), "Zirə" və "Neftçi"yə qalib gəlib.