AFFA İcraiyyə Komitəsinin üzvü UEFA-dan təyinat aldı

4.10.2023 11:13 224
Ölkə futbolu
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.

K.Mehdiyeva AÇ-nin D qrupunda baş tutacaq İsrail – Estoniya görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma oktyabrın 12-də keçiriləcək.