Könül Mehdiyeva Konfrans Liqası matçında

24.10.2022 18:54 426
Ölkə futbolu / Avrokuboklar
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də Latviyada keçiriləcək RFS (Latviya) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.