Heç bir il də işləmədi

3.10.2023 21:51 214
Dünya futbolu
“Reyncers”də baş məşqçi istefası zərurətə çevrilib. Rəhbərlik Maykl Bil ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, 43 yaşlı ingilis mütəxəssisin müqaviləsi ləğv edilib. Qərar Şotlandiya çempionatının son turunda “Aberdin”ə 1:3 hesablı məğlubiyyətdən sonra verilib. Bil komandanı ötən ilin noyabr ayından çalışdırırdı. “Reyncers” hazırda çempionatda 7 turdan sonra 12 xalla 3-cü yeri tutur.