• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Böyük şəhərin fərsiz komandası - REPLİKA

Premyer-liqa / Yazarlar

3-10-2023, 21:0

“Min bir gecə” nağılından çoxunuz xəbərdarsız.

Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq, bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar, bir qayda olaraq, Şəhrizad tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şah arvadlarından birinin xəyanətindən sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O, xanımlardan özünəməxsus şəkildə qisas alır. Evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı qadın şahın niyyətini gözəl anlayır və evləndikləri gecə ona maraqlı bir nağıl danışır. Lakin nağılı səhərə yaxın, ən maraqlı yerində saxlayır. Beləliklə, hər gecə şaha yeni nağıl söyləyən Şəhrizad tamamlamamış halda bitirir və həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən qurtula bilir.

Bizim də nağıllar aləmindəki kimi olmasa da, Sumqayıt adlı gözəl şəhərimiz, adının da maraqlı etimologiyası var. Hətta bu hekayə əfsanə də adlanır. Deməli, günlərin birində uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır. Buna davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək xanımı lap taqətdən salır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum ona deyir: “Sən burda məni gözlə, ya ölərəm, ya da su taparam!”

Beləliklə, Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılaşacağını hiss edən Ceyran onun ardınca qışqırır: “Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!”

Bu nağıl və əfsanədən çoxunuzun xəbəri var. Amma “Sumqayıt” ətrafında başverənlər sizə hali deyil. Ötən mövsüm klub tarixində ilk dəfə əcnəbi futbolçuların transferinə icazə verildi. Həmin vaxt baş məşqçi Aleksey Baqa idi. “Kimyaçılar” çempionatda biabırçı nəticələr göstərdiyindən belaruslu qovuldu. Onun əvəzinə “Neftçi”də çempionluq qazanmış Samir Abasov təyin olundu. Yerli mütəxəssis də “bu komandanı mən yığmamışam” deyərək qışda heyəti dəyişdi. Düşündük ki, “böyük şəhərin tək komandası”nda işlər qaydasına düşəcək. Lakin Abasovun rəhbərlik etdiyi kollektiv yalnız sona 3 tur qalmış elitada qalmağı təmin etdi.

Yay “transfer pəncərəsi”ndə “kimyaçılar” heyətini nə az, nə çox - 12 futbolçu ilə gücləndirdi. Düzdü, komandanı tərk edənlər də oldu. Samir Abasov rəqiblərlə müqayisədə transferləri gec etdi, çünki təcrübəli mütəxəssis səhvə yol vermək istəmirdi. Keyfiyyətli komanda qurmaq idi niyyəti. Əslində hər şey yaxşı başlamışdı. “Kimyaçılar” premyer-liqanın açılış oyununda “Səbail”i səfərdə 4:1 hesabıyla məğlub etdi. Bu nəticəni media sensasiya kimi qəbul etdi. 2-ci turda “Sabah”la oyun təxirə salındı. “Qəbələ” ilə səfər matçında qazanılan qələbə “Sumqayıt”ın bu mövsüm “mən də varam” deməsi üçün şərait yaratdı. 4-cü turda “Araz-Naxçıvan”la oyunda “kimyaçılar” heç-heçə etdi. Lakin həmin matçda Abasovun komandası həqiqətən qələbəyə layiq performans sərgiləmişdi. 3 qarşılaşmadan 7 xal “Sumqayıt” üçün əla nəticə idi. Artıq “gənclik şəhəri” təmsilçisinin avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı fikri formalaşmaqdaydı. Lakin...

“Kimyaçılar” premyer-liqada ardıcıl 4 oyundu rəqib qapısına qol vura bilmir. “Neftçi” ilə “Zirə”yə minimal hesabla uduzandan sonra “Turan Tovuz”la “Kapital Bank Arena”da heç-heçə etdilər, son turda isə “Qarabağ” önündə darmadağın oldular – 0:5.

Zaman keçdikcə gördük ki, Abasovun “keyfiyyətli komanda formalaşdırırıq” çıxışı pafos imiş. Daha doğrusu nağıl imiş. Menecerlərlə, agentlərlə söhbətdə deyirdilər ki, “kimyaçılar”a ümumilikdə 200-ə yaxın oyunçu təklif olunub. Lakin Samir bəy onların arasından ən yaxşısını seçir. Budu yaxşılar? Komanda 7 matçda cəmi 7 qol vurub. Onlardan ikisini “Qəbələ”dən transfer olunan Rövlan Muradov hesabına yazdırıb. Bəh-bəhlə ictimaiyyətə təqdim edilən, yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərən Erik Sorqa isə cəmi 1 qol vurub. Onu da penaltidən. “Sumqayıt” üçün ən biabırçı nəticə “Zirə” ilə oyunda yaşandı. “Kimyaçılar” 80 dəqiqədən çox müddətdə azlıqda qalan “qartallar”ı məğlub edə bilmədi. Hətta Rəşad Sadıqovun komandası qələbə qolunu da vuraraq 3 xalı hesabına yazdırdı. “Qarabağ” isə son turda “Sumqayıt”a “necə futbol oynamaq lazımdı” mövzusunda “ustad dərsi” keçdi. İlk dövrə sona yaxınlaşdıqca aydın olur ki, “böyük şəhərin tək komandası”nın vəziyyəti o qədər də ürəkaçan deyil. Belə davam etsə, Abasovun rəhbərlik etdiyi kollektiv axırıncı olmamağa çalışacaq.

Sumqayıt şəhərinin adı əfsanə əsasında qoyulub. Deyəsən, futbol klubunun idarəçiləri də nağıllar aləmində yaşayır. Rəhbərliyin Samir Abasovu “min bir gecə” nağılına qulaq asa-asa bağışlaması başqa cür anlaşılan deyil. Mütəxəssis məğlubiyyətdən sonra özünü Şəhrizad hesab edərək futbolçularının keyfiyyətli olduğunu, hər şeyin qaydasına düşəcəyini jurnalistlərə inandırmağa çalışır. Adama deyərlər ki, 7 oyunda hücumçu keyfiyyətlərini ortaya qoya bilməyən Sorqanın ayağı nə vaxt açılacaq? İngiltərə premyer-liqasında çıxış etmiş, Pakistan millisinin üzvü İsa Sulimana “Qarabağ”ın, “Neftçi”nin futbolçuları qarşısında necə müdafiə olunmağı kim izah edəcək? “Fiorentina”da tov qovmuş Oktavio Manteka nə vaxt əla ötürmələr, hərəkətlər ilə rəqib müdafiəçiləri narahat edəcək? Bu futbolçular həqiqətən keyfiyyətlidilərsə, komanda niyə normal oyun nümayiş etdirə bilmir? Rövlan, Kamranlar, Elvin, Murad, Vüqar kimi yerlilər “kimyaçılar”ı çiyinlərində daşıyacaqsa, nəyə lazım idi əcnəbilərə o qədər pul vermək? Ümid edirəm ki, “kimyaçılar” tezliklə özünə gələr. Azarkeşlər qələbələrdən sonra “Sumqayıt” qışqıraraq komandalarına dəstək olarlar. Yoxsa 2024/25 mövsümündə “gənclik şəhərində” yaşayanlar 1-ci liqa oyunlarında “Sumqayıt”, premyer-liqaya qayıt” şüarlarını səsləndirəcək...

Paylaş:
Digər xəbərlər

Maraqlı

6-07-2023, 14:0

Neymar gecə klubunda insident törətdi

Maraqlı

2-05-2023, 17:0

Reşford tanınmış xanım futbolçunu ''xilas edib''

Ölkə futbolu

16-07-2022, 21:0

Bu gecə Bakını tərk edəcəklər - AÇIQLAMA

Dünya futbolu

25-03-2022, 10:0

"Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam" - Burak Yılmaz

Manşet / Avropa Liqası

21-09-2023, 19:0

“Qarabağ”ın bu gecə qalib gəlmək üçün yaxşı şansı var” – sabiq oyunçusu dedi

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 126
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə