“Qarabağ”ın bu gecə qalib gəlmək üçün yaxşı şansı var” – sabiq oyunçusu dedi

21.09.2023 19:52
Manşet / Avropa Liqası
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Molde”ni sınağa çəkəcək.

Bu matçla bağlı 2014/15 mövsümündə ağdamlıların şərəfini qorumuş braziliyalı hücumçu Danilo Dias “Football-plus.az”a fikirlərini bölüşdü:

“Düşünürəm ki, “Molde” Norveçin ən böyük komandasıdı. Lakin “Qarabağ” bu gün gücünü nümayiş elətdirəcək və azarkeşləri sevindirəcək. Bu gecə qalib gəlmək üçün yaxşı şanslar var. Azərbaycanda “Qarabağ”a qarşı oynamaq çətindi. Çünki evdə möhtəşəm oyun sərgiləyir. Sabiq komandamın “Rakuv”la Çempionlar Liqasındakı matçını da izləmişdim. Bu gün də “köhlən atlar”a uğurlar arzulayıram”.


CAVİD ƏLİYEV